Direktor müavini ARB TV-yə ildırım çaxması haqqında müsahibə verib 2020-05-26 02:23:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov Azərbaycanda göy gurultusu, ildırım çaxması kimi təbiət hadisələri haqqında ARB televiziya kanalına müsahibə verib.

O bildirib ki, son 25, 30 il ərzində həm Yer kürəsində, həm də Azərbaycanda iqlim dəyişmələri nəticəsində təbiət hadisələrinin intensivliyi və gücü artıb. Araşdırmalara görə ölkəmizdə göy guruldaması, şimşək çaxması kimi xarakterik ərazilər Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qax, Qəbələ və s. rayonlarıdır.  Alim  qeyd edib ki, bu hadisələrin törədə biləcəyi fəsadların qarşısını almaq üçün çoxmərtəbəli binaların üstündə ildırımötürücüləri quraşdırılır ki, bunlar elektrik cərəyanını  yerə ötürürlər.