AMEA prezidenti akademik Ramiz Mehdiyevin postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrə uyğun olaraq Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun yüksək nüfuzlu beynəlxalq “Okeonoloji tədqiqatlar” jurnalında AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsinə dair məqaləsi dərc edilib.
Coğrafiya İnstitutu Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, c.ü.e.d. Səid Səfərov, Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi, c.ü.f.d Elnur Səfərov, doktorantlar Camal Hüseynov və Nailə İsmayılovanın həmmüəllif olduqları məqalə Xəzərin Azərbaycana aid sahilyanı ərazilərində və dəniz stansiyalarında atmosfer yağıntıları rejiminin müasir dəyişmələrinin tədqiqinə həsr edilib.
“Azərbaycanın Xəzəryanı sahillərində atmosfer yağıntılarının müasir vəziyyəti” məqaləsini yüksək qiymətləndirən Lomonosov adına Moskva Dövlər Universitetinin alimləri S.Səfərova təşəkkür məktubu ünvanlayıblar.
Məqalə ilə buradan tanış ola bilərsiniz.