AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ATV televiziyasına verdiyi müsahibəsində iqlimin dəyişməsi ilə əlaqədar suyun həcminin azalması haqqında fikirlərini bölüşüb.
Azərbaycan ərazisinin 60 faizinin quraqlıq olduğunu xatırladan akademik bunun özünü pambıq əkini artırılan Kür-Araz ovalığında daha aydın göstərdiyini, ona görə də suvarma metodunun dəyişdirilməsinin vacib olduğunu diqqətə çatdırıb. O deyib ki, insanların sudan istifadəsində israfçılığa yol vermələri problemi daha da dərinləşdirir: "Problemin həlli üçün yeni su anbarlarının yaranması zəruridir".