"Нəyat üçün su" 2016-09-25 11:32:00 / TƏDBİRLƏR

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov sentyabrın 22- 24-də Qazaxıstanın Almatı şəhərinдə Birləşmiş Millətlər Təşkilatının elan etdiyi “Həyat üçün su” onilliyinin nəticələrinə həsr olunmuş “Mərkəzi Asiyanın su ehtiyatları və onlardan istifadə” mövzusunda böyük Beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.

Tədbir İsveçrənin Xarici İşlər Federal Departamentinin, UNESCO-nun Almatıdakı klaster bürosu və YUNESKO-nun Beynəlxalq Hidroloji Proqramının (IHP) dəstəyi və Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı və Təhsil Nazirliyi, Coğrafiya Cəmiyyəti və  Milli Tədqiqat Texniki Universitetinin təşkilatçılığı ilə keçirilib.  Konfransda Mərkəzi Asiyanın nazirlik və idarələrinin yüksək vəzifəli nümayəndələri, Mərkəzi Asiya, Belorus, Rusiya, İsveçrə və Almaniyadan  su ehtiyatları sahəsində alim və mütəxəssislər iştirak ediblər.

 5 seksiya üzrə davam edən iclasın “İqlim dəyişkənliyi şəraitində Mərkəzi Asiyanın su resursları” bölməsində akademik R.Məmmədov  “İqlim dəyişmələrinin Cənubi Qafqazın su resurslarına təsiri” mövzusunda geniş  məruzə etmiş, uyğun təkliflər vermişdir. Akademikin çıxışı maraqla qarşılanmış, verilən suallar qənaətbəxş cavablandırılmışdır.

İclasda qeyd olunub ki, konfransın nəticələri su məsələlərinin həllində Mərkəzi Asiya regionu ölkələri üçün əməkdaşlığın möhkəmlənməsinə səbəb olacaq və bu ölkələrin mövcud tədqiqat, eləcə də elmi-texniki potensialının gücləndirilməsi onların davamlı inkişafı üçün  məqsəd və vəzifələrin həyata keçirilməsində  həlledici rol oynayacaqdır.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024