Cİ əməkdaşları, böyük elmi işçi, c.ü.f.d. Sima Əliyeva, elmi işçilər Cəmilə Əhmədova və Fəridə Talıbova dekabrın 17-də "EU4Climate" layihəsi çərçivəsində “Uzunmüddətli aşağı emissiyalı inkişaf strategiya planının hazırlanması və cari vəziyyətin təhlili” mövzusunda təşkil olunan seminarda iştirak ediblər.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə AR İqtisadiyyat, Kənd Təsərrüfatı, Energetika, Maliyyə nazirlikləri, AMEA-nın nümayəndələri iştirak ediblər.
Seminarı keçirməkdə məqsəd uzunmüddətli aşağı emissiyalı inkişaf strategiyasının hazırlanmasına dair beynəlxalq təcrübə və yanaşmalar barədə iştirakçıları məlumatlandırmaqdan ibarət olub.