AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin monitorinqi şöbəsinin böyük elmi işçisi, texniki elmlər üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov oktyabrın 3-dən 5-dək Rusiyanın Voronej şəhərində Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Qlobal iqlim dəyişmələri, regional effektlər, modellər və proqnozlaşdırılmalar” adlı elmi-praktiki konfransın iştirakçısı olub.
Tədqiqatçı tədbirdə “XXI əsr: İqlimin tədqiqində məsafədən zondlamanın yeni metod və vasitələri” mövzusunda məruzə ilə çıxış edib.