AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyev Geologiya və Geofizika İnstitutunun əməkdaşı A.Səmədov ilə birgə Siyəzən və Xızı rayonları ərazisində çöl tədqiqat işləri aparmışlar.
Elmi ədəbiyyatda “Köhnə dərəbinə kəsilişi” kimi tanınan Giləzi-Xızı yolunun sağında, Vərəftə silsiləsinin cənub-şərq yamacı boyunca müşahidə olunan müxtəlif rəngli gil laylarının geoloji, geomorfoloji və paleocoğrafi cəhətdən öyrənilməsi məqsədilə Böyük Qafqazın şimal-şərq yamacında yer almış geoloji-təbiət abidələrinin, o cümlədən əsasən Xızır-Zində ziyarətgahı kimi tanınan məşhur Beşbarmaq dağı kimi təbiət abidələrini formalaşdıran süxurlardan laboratoriya analizləri üçün süxur nümunələri götürülmüş, onların ümumi stratiqrafik vəziyyəti, eləcə də yerləşdikləri ərazinin geoturizm imkanları araşdırılmışdır.