Məktəblilərin Beynəlxalq olimpiadasına hazırlıq tədbiri keçirilib 2019-09-20 13:04:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin rəhbəri, Azərbaycan Coğrafiya Cəmiyyətinin elmi katibi, c.ü.f.d. Mirnuh İsmayılov Bakı şəhəri 8 saylı orta məktəbində keçirilən "Coğrafiyadan şagirdlərin Beynəlxalq coğrafiya olimpiadasına (iGeo) hazırlığı" layihəsinin açiliş tədbirində iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri, "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi Yaşar Seyidəliyev ilk öncə iştirakçılara Beynəlxalq Coğrafiya olimpiadası və layihə barədə məlumat verib.  Bildirilib ki, BMT nəzdində fəaliyyət göstərən  dünya ölkələri coğrafiya alimlərinin Beynəlxalq Coğrafiya Birliyinin (İGU) təşkil etdiyi Beynəlxalq Coğrafiya olimpiadası coğrafiya üzrə orta məktəb şagirdləri arasında dünyada ən yüksək müsabiqədir və hər ilin avqust ayında keçirilir. Milli coğrafiya müsabiqəsinin ən yaxşısı adını alan  və 16-19 yaş arası olan gənclər müsabiqədə iştirak etmək hüququ qazanırlar.   

ACC nümayəndəsi Mirnuh İsmayılov çıxış edərək layihənin coğrafiya fənni üçün əhəmiyyətindən, onun gənc və yeniyetmələrdə coğrafiyaya olan marağın artmasındakı rolundan danışıb. M.İsmayılov Coğrafiya Cəmiyyətinin belə tədbirləri hər zaman dəstəklədiyini, coğrafiyaçı alimlərin uyğun tədbirlərdə yaxından iştirak etdiklərini  diqqətə çatdırıb. O bildirib ki,  Cəmiyyətin prezidenti və Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov istedadlı, çalışqan gənclərə həmişə dayaq olur və onların irəli gedərək yüksək nailiyyətlər əldə etmələri üçün əlindən gələni əsirgəmir.

Tədbirdə çıxış edən BDU-nun dosenti Nərminə Seyfullayeva və digər coğrafiyaçılar da Azərbaycanda Beynəlxalq coğrafiya olimpiadasına hazırlıq mərkəzinin təşkilini müsbət qarşıladlarını və dəstəklədiklərini bildiriblər.

https://www.facebook.com/groups/1660060690947078/permalink/2532664620353343/

https://docs.google.com/forms/d/e/1FAIpQLSdXDgq27MhASLzQfAjRDMoRtzfB9o0XFqQHh4DGrcWezj5DZw/viewform

https://igu-online.org/

http://www.geoolympiad.org/