Cİ əməkdaşları QKU-da keçirilən konfransda iştirak ediblər 2019-05-14 06:26:00 / MÜHÜM HADİSƏLƏR

 Başda direktor, akademik Ramiz Məmmədov olmaqla, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfransda iştirak ediblər.

 Akademik Ramiz Məmmədov, coğrafiya elmləri doktorları Yelena Tağıyeva və Nəriman Paşayev, coğrafiya üzrə fəlsəfə doktorları Nizami Eyyubov, Ənvər Əliyev, Rövşən Kərimov, Etibar Bədəlov, Zaur İmrani, Qalib Rüstəmov, a.ü.f.d. Ənvər Əliyev və  elmi işçi Gülsarə İmanova  konfransın  “Dağ ekosistemləri, ekoloji və bioloji müxtəliflik”, “Dağ landaşftları”, “Dağ Mədəniyyətləri”, “Dağ turizmi və Rekreasiya” sessiyalarında müxtəlif mövzularda  məruzələrlə çıxış ediblər.