Viki qrupun üzvləri mükafatlandırılıb 2022-01-23 14:29:00 / MÜHÜM HADİSƏLƏR

 AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu viki qrupunun üzvləri yanvarın 19-da  "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə Vikipediyanın 22, Azərbaycan dilində Vikipediya layihəsinin isə 22 illiyi münasibətilə  keçirilən tədbirdə iştirak ediblər.

Görüşdə 2022-ci ildə Vikipediya sahəsində görülən işlər barəsində fikir mübadiləsi və  müzakirələr aparılmış, gələcək planlar nəzərdən keçirilib.  Sonra Azərbaycan dilli  Vikipediyada  müntəzəm olaraq təşkil edilən "Mövzulu ay" məqalə müsabiqələri üzrə qaliblər mükafatlandırılıb.  Qaliblər arasında Coğrafiya İnstitutu viki qrupunun üzvləri də olub.  Qrupun rəhbəri Aida Aslanovaya, üzvləri Həlimə Əhmədzadə, Gülnar Hacıyeva və  Züleyxa Əyyubovaya Vikimedia fondunun xüsusi hədiyyələri təqdim olunub.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024