AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda illik tədbirlər planına uyğun olaraq hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib.
İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri, elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov tədbiri açaraq məşqin keçirilməsinin əhəmiyyətindən danışıb, onun keçirməkdə əsas məqsədin mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ olaraq reaksiya verməsi üzrə hazırlıq səviyyəsinin yoxlanılması, şəxsi heyətin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olduğunu diqqətə çatdırıb.
İnstitutun mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev xəbərdarlıq və toplanış siqnalının hərbiləşdirilməmiş dəstələrin şəxsi heyətinə çatdırılması və toplanış siqnalı verildikdə MM qüvvələrinin şəxsi qüvvələrinin xəbərdarlıq edilməsi üsulları, toplanış yerində şəxsi heyətin fəaliyyəti və tam hazır vəziyyətə gətirilməsi haqqında geniş məlumat verib, məşqin gedişində yaranan çatışmazlıqları diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda məşq iştirakçılarına fövqəladə hadisələr zamanı təhlükəsizlik qaydalarını özündə əks etdirən yaddaş vərəqi paylanıb və mövzuya uyğun 3 videoçarx nümayiş etdirilib.