Cİ əməkdaşı AMEA RH və AHİK-in birgə müsabiqəsinin qalibi olmuşdur. 2018-06-29 17:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun kiçik elmi işçisi Züleyxa Eyyubova  ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə akademiyanın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəsinin qalibi olmuşdur.

Müsabiqənin keçirilməsində əsas məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı tədqiqatlar aparan gənc alimlərin fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanlarının yaradılması olub.

46 gənc alimin iştirak etdiyi, 14-nün mükafatlandırıldığı müsabiqənin nəticələrinə görə Z.Eyyubova  həvəsləndirici mükafata  layiq görülüb. Qaliblərə mükafatları AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024