Vikipediyanın "Mövzulu ay" layihəsi üzrə qalibləri mükafatlandırma mərasimi keçirilib 2018-01-26 19:12:00 / MÜHÜM HADİSƏLƏR

İstifadəçi qrupunun təşəbbüsü və Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanca Vikipediyada 2014-cü ilin oktyabr ayından etibarən müntəzəm olaraq keçirilən "Mövzulu ay" məqalə müsabiqəsinin son 6 aydakı qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Qaliblərə Vikimedia Fondu və "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyi tərəfindən hazırlanmış hədiyyələr təqdim edilib. 11 nəfər qalib sırasında yer alan Coğrafiya İnstutunun 2  əməkdaşı - viki qrupun rəhbəri Aida Aslanova və qrup üzvü Gülnar Hacıyeva mükafatlandırılıblar.

Birliyin sədri Elgün Atalıyev qalibləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O xüsusilə, Coğrafiya İnstutunun əməkdaşlarına öz təşəkkürünü bildirərək, vurğulayıb k, Cİ-nin viki qrupu vikipediyanın irəliləməsində böyük səy göstərirlər.

Aida Aslanova  çıxış edərək Cİ-nun viki qrupunun fəaliyyəti haqqında məlumat verib, qeyd edib ki, son zamanlar vikipediyada Coğrafiya yönümlü məqalələr çoxluq təşkil edir. O, akademik Ramiz Məmmədovun viki qrupa olan diqqət və qayğısından bəhs edib, idarəçilərə öz təşəkkürünü bildirib.

Sonra  İctimai Birliyə yeni üzvlərin qəbulu və digər məsələlər müzakirə edilib.

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021