Cİ ilə “Azərkosmos” ASC arasında niyyət protokolu imzalanıb 2018-01-11 16:36:00 / MÜHÜM HADİSƏLƏR

AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Cİ və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında müasir texnologiyalın köməyi ilə  ətraf mühit üçün müstəsna əhəmiyyətə malik təbii resurs olan meşələrin aerokosmik monitorinqi məqsədilə Niyyət Protokolu imzalanıb.

Protokola əsasən məsafədən müşahidə məlumatları əsasında mövcud meşə örtüyü hüdudlarının və sərhədlərinin dəqiqləşdirilməsi, meşə sahələri sıxlığının qiymətləndirilməsi, meşələri formalaşdıran əsas ağac növlərinin (fistıq, vələs və palıd) paylanılması xəritələrinin tərtib olunması, təbii və antropogen təsirlər səbəbindən dəyişikliklər baş verən sahələrin müəyyən olunması və monitorinqinin həyata keçirilməsi ictiqamətində işlər həyata keçiriləcək.

Protokolu AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rövşən Rüstəmov imzalayıblar.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021