İlk addımlar: coğrafiya tədrisində GİS-in tətbiqi 2017-10-30 05:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  əməkdaşı, GİS mütəxəssisi  Samir Vəlizadənin təşəbbüsü ilə irəli sürülən "Ümumtəhsil məktəblərində coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi”  layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin  “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuşdur. Layihədə həmçinin Cİ-nin əməkdaşları - c.ü.e.d   Zakir Eminov ekspert, c.ü.f.d. Rövşən Kərimov layihə koordinatoru kimi iştirak edir. Şagirdlərin seçim mərhələsi artıq başa çatıb. 

Oktyabrın 28-də Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 78 nömrəli tam orta məktəbində seçim turunun qalib şagird və valideynləri ilə görüş  keçirilib. Görüşdə məktəbin direktoru Murad Zeynalov respublikada ilk dəfə həyata keçirilən layihənin əhəmiyyətindən və bu sahədə təhsil sisteminə gətiriləcək yeniliklərdən danışıb. Samir Vəlizadə  coğrafi informasiya sistemləri haqqında videoçarx nümayiş etdirərək təqdimatla çıxış edib.  Layihə çərçivəsində şagirdlərə təlim keçəcək Cİ-nin  doktorantı, ABC–nin  (Azerbaijan British College) coğrafiya müəllimi Arzu Əhmədova tədris prosesi və coğrafiya fənninin tədrisində CİS-in  əhəmiyyəti haqqında  məruzə edib. Tədbirdə təlimlərin başlanma tarixi elan edilib.

http://www.arti.edu.az/az/newsd/115-78-nomrali-maktabda-secim-turunu-kecmis-sagirdlar-va-valideynlari-ila-gorus-olub#.WfUR1JsAdG4.facebook