Cİ-nin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib 2017-06-01 19:49:00 / MÜHÜM HADİSƏLƏR
İyunun 1-də AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Həmkarlar İttifaqı Komitəsinin  hesabat-seçki yığıncağı keçirilib. 

     İnstitut həmkarlar təşkilatının sədri Habil Haqverdiyev qurumun 2012-2017-ci illər üçün fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.  O, cari ildə Komitə tərəfindən keçirilən tədbirlərdən danışıb, əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının  səmərəli istifadəsinin, sağlamlıq, idman, istirahət və mədəni-kütləvi tədbirlərin təşkili  barədə ətraflı danışıb, maddi-sosial problemləri olan şəxslərə komitə tərəfindən yardımların göstərildiyini bildirib. Məruzəçi HİK-in fəaliyyətindəki mövcud problemlər və onların aradan qaldırılması üçün perspektivdə duran işlərdən də söhbət açıb.

Məruzə ətrafında çıxışlar edilib, müzakirələr aparılıb, əməkdaşların sualları cavablandırılıb.

C.ü.f.d. Cuma Məmmədov təftiş komissiyasının hesabatını səsləndirib.

İştirakçılar Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

     Yığıncaqda Həmkarlar İttifaqı Komitəsinin yeni üzvləri və sədri, eləcə də Təftiş Komissiyasının yeni heyəti seçilib. Komitə üzvləri yekdilliklə Habil Haqverdiyevin növbəti müddətə Coğrafiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri seçilməsinə səs veriblər.

     Sonra Coğrafiya İnstitutunun direktoru, akademik R. Məmmədov və HİK-in sədri H. Haqverdiyev AMEA AHİ-nin növbəti – 7-ci qurultayına nümayəndə seçiliblər.

     İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək AHİ-nin akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb. Elmi fəaliyyətlə məşğul olan şəxslərin fəaliyyətinə dəstək vermək, onların əməyini qiymətləndirmək üçün lazımi işlərin görüldüyünü diqqətə çatdırıb. Məruzəçi iştirakçıları maraqlandıran suallara qənaətbəxş cavablar verib.

HİK-ın yeni heyəti 

1. Habil Haqverdiyev - sədr

2. Zabit Allahverdiyev 

3. Gülxar Rzayeva  

4. Raisə İsayeva 

5. Afaq Məmmədova 

6. Rəfael Abdullayev 

7. Elxan Məmmədbəyov 

8. Lalə Əhmədova 

9. Etibar Bədəlov

 Təftiş Komissiyasını tərkibi

1. Zaur İmrani

2. Səidə Mürsəlova 

3. Aidə Aslanova