“İstinad nöqtəsi” kitabının təqdimatı 2013-02-07 12:38:00 / YENİ NƏŞRLƏR

 Fevralın 5-də AMEA-nın Coğrafiya İnistitutunun akt zalında “Borçalı”İctimai Cəmiyyəti Akademik Zahid Xəlilovun 100 illiyi münasibəti ilə nəşr etdirdiyi “İstinad nöqtəsi” adlı kitabının təqdimat mərasimini keçirdi. Tədbirdən öncə akademik Z. Xəlilovun  abidəsi ziyarət olundu və abidə önünə gül dəstəsi qoyuldu.
Tədbirin aparıcısı Zəlimxan Məmmədli qeyd etdi ki, kitabda  akademikin  “Dairənin kvadraturası”, “İnsanlar indiki riyaziyyata necə gəlib çatmışlar”, “Развитие математических наук в Азербайджане” elmi əsərləri və görkəmli elm xadimlərinin xatirələri öz əksini tapmışdır.

  Tədbirdə”Borçalı” Cəmiyyətinin rəhbərliyi, akademiklər, riyaziyyatçı alimlər, televiziya və mətbuat nümayəndələri  iştirak etdilər.  Çıxış edən alim və ziyalılar  hər biri ayrı-ayrılıqda akademik Zahid Xəlilov haqqında öz ürək sözlərini və xatirələrini söylədilər.

   Kitabın məsul katibi akademik Ramiz Məmmədov. Z. Xəlilovun dünya şöhrətli alim olduğunu və alim olmaqla yanaşı çox ziyalı bir şəxsiyyət olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu kitab riyaziyyat elmi ilə məşğul olan kütlənin köməyinə çatacaq.
  Tədbirdə Akademik Cəlal Allahverdiyev, professor Telman Əliyev, fizika və riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyev, professor Tapdıq Həsənov, BDU-nun müəllimi Fuad Qurbanov,”Elm və həyat” jurnalının təsisçisi Elmira xanım, Əmirxan Babaşov, Məmməd Bayramoğlu, şair Osman Dərviş, Mürvət Mehrabov, Cümşüd İbrahimli və b. Z. Xəlilov haqqında danışdılar.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024