Akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi Seminarının iyunun 3-də keçirilən növbəti birgə iclasında Coğrafiya İnstitutu doktorantlarının illik attestasiyasının nəticələrinin müzakirəsi keçirildi.
Sonra Coğrafiya İnstitutu tərəfindən hazırlanacaq "Naxçıvan Muxtar Respublikasının coğrafiyası" 2 cildlik monoqrafiyasının plan-proqramının təsdiqi ilə bağlı məsələlərə baxıldı.
Daha sonra Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş elmi yürüşün keçirilməsilə əlaqədar məsələlər müzakirə edildi.