Coğrafiya İnstitutu Dissertasiya Şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçırılən iclasında “Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası” şöbəsinin elmi işçisi Etibar Sənan oğlu Bədəlovun “Abşeron iqtisadi-coğrafi rayonunda sosial-demoqrafik inkişafin və məskunlaşmanin tənzimlənməsi” mövzusunda 5401.01- İqtisadi coğrafiya ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi oldu.
E.Bədəlova cografiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul edildi.