Mayın 19-da Rusiya Federasiyası Şimali Osetiya (Alaniya) Respublikasının paytaxtı Vladiqafqaz şəhərində YUNESKO-nun RF Şimali Qafqaz respublikalarının təşkilatçılığı ilə “İnsan və biosfer” mövzusuna həsr olunmuş Beynəlxalq Dəyirmi Stol keçirilib. Tədbirdə Kabardin-Balkar, Şimali Osetiya (Alaniya) və Dağıstan respublikalarından, eləcə də Krasnodar və Stavropol vilayətlərindən mütəxəssislər iştirak ediblər.
Dəyirmi Stolda respublikamızı AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, c.ü.f.d. Məhərrəm Həsənov təmsil edib. O, “Azərbaycanda iqlim dəyişmələri və onun mühafizə edilən biosfer obyektlərinə təsiri” adlı məruzə ilə çıxış edib.
Tədbirdə YUNESKO-nun “İnsan və biosfer” proqramının rəhbəri M.K.Qodt, MAB-6 qrupunun rəhbəri A.N.Qunya və başqa alim və mütəxəssislər mövzu ətrafında çıxışlar ediblər.