Rusiyanın müdafiə naziri Sergey Şoyqunun prezidenti olduğu Rusiya Coğrafiya Cəmiyyətindən Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun müraciətinə cavab məktubu gəlmişdir.
Məktubda deyilir:
"Hörmətli Ramiz Mahmud oğlu!
Mənim tərəfimdən Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti S.K.Şoyqunun göstərişi ilə Avropa və Asiya sərhədinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyasının təşkili və keçirilməsinə köməklik göstərmək haqqındakı müraciətinizə baxılmışdır.
Sözsüz ki, Sizin təklifiniz böyük maraq doğurur və mən şadam bildirim ki, Rusiya Coğrafiya Cəmiyyəti Sizin Azərbaycan Respulikası və Qafqaz daxilində ekspedisiyanın keçirilməsi haqqındakı təklifinizi dəstəkləyir.
Biz həmin ekspedisiyanı Rusiya Coğrafiya Cəmiyyətinin "Avrasiyanın çöllər aləmi” layihəsi üzrə tədbirlər sırasına daxil etməyi təklif edirik.
Bu layihənin Rusiya tərəfindən həyata keçirilməsi Cəmiyyətin vitse-prezidenti A.A.Çibilyova həvalə olunub.
Bizim gələcək uğurlu və məhsuldar əməkdaşlığımıza ümid bəsləyirəm.
Rusiya Coğrafiya Cəmiyətinin
Birinci vitse-prezidenti, akademik N.S.Kasimov