İnstitutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov SEA-EU-NET II Layihəsi üzrə Paris şəhərində keçiriləcək “ASEAN-EU STI Days 2015” adlı elmi tədbir çərçivəsində mart ayının 17-dən 19-dək “Beynəlxalq perspektivdə iqlim dəyişiklikləri və sudan istifadə: Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri arasında elmi mənzərə” mövzusunda keçiriləcək elmi forumda iştirak edəcək. Tədbirdə 35-ə yaxın Avropa və Asiya ölkəsindən olan 220-yə yaxın tədqiqatçı alim iştirak edəcək.