AR ETN Coğrafiya İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib 2026-09-18 11:13:00 / ELMİ İCLASLAR

16 sentyabr  2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutunun  doktorantı Dilbər  Məmmədovanın  “Qazax-Tovuz iqtisadi rayonunda kənd təsərrüfatının ərazi təşkilinin coğrafi problemləri” mövzusunda hazırladığı dissertasiya işinin genişləndirilmiş ilkin müzakirəsi keçirilmişdir.

Müzakirə zamanı iddiaçı tərəfindən aparılmış elmi tədqiqatın əsas nəticələri təqdim edilmiş, dissertasiya işinin aktuallığı, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Elmi müzakirə zamanı iştirakçıları tərəfindən dissertasiya işinə dair rəy və təkliflər səsləndirilmiş, müəllif tərəfindən verilən suallar ətraflı cavablandırılmışdır. Müzakirələrin yekununda tədqiqat işinin elmi səviyyəsinin qənaətbəxş olduğu vurğulanmış və Dilbər  Məmmədovanın  “Qazax-Tovuz iqtisadi rayonunda kənd təsərrüfatının ərazi təşkilinin coğrafi problemləri”  mövzusunda dissertasiya işinin növbəti mərhələyə təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir.