
10 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və təşkilatlarına qəbul planı” na uyğun olaraq, AR ETN Coğrafiya İnstitutunda xarici dil və fəlsəfə fənləri üzrə müvəffəq qiymət almış iddiaçılar üçün ixtisas imtahanları keçirilmişdir.
İmtahanlarda 5 ixtisas üzrə ümumilikdə 6 iddiaçı iştirak etmişdir. İddiaçıların ixtisas bilikləri imtahan komissiyası tərəfindən müvafiq ballarla qiymətləndirilmişdir. İmtahanların nəticələri təsdiq olunması üçün institutun Elmi Şurasına təqdim edilmişdir.