1788866342.jpeg)
AR ETN Coğrafiya İnstitutunun “Xəzər dənizinin coğrafiyası” laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov və kiçik elmi işçi Vüsalə Rəsulzadə “Bakı İqlim Fəaliyyəti Həftəsi – 2026” (BCAW 2026) çərçivəsində keçirilən tədbirdə iştirak ediblər.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Regional İqlim Həftəsinin əsas hədəflərinə uyğun olaraq təşkil olunan tədbirdə iqlim dəyişmələrinin yaratdığı qlobal və regional çağırışlar, qlobal istiləşmənin təsirlərinin azaldılması, iqlim dəyişmələrinə uyğunlaşma tədbirləri və dayanıqlı inkişaf istiqamətləri geniş müzakirə olunub.
Coğrafiya İnstitutunun alimlərinin tədbirdə iştirakı iqlim dəyişmələri, Xəzər dənizinin müasir vəziyyəti və regionda baş verən ekoloji proseslərlə bağlı elmi yanaşmaların müzakirəsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verib.