AR ETN Coğrafiya İnstitutunda iki dissertasiya işinin ilkin müzakirəsi keçirilib 2026-07-16 10:29:00 / ELMİ İCLASLAR

16 iyul 2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutunda iki dissertasiya işinin ilkin müzakirəsi keçirilib.İlkin müzakirələrdə dissertant Sevda Mirzəyevanın “Kənd təsərrüfatında istifadə olunan torpaqların fiziki xassələrinə antropogen təsirin müqayisəli tədqiqi” və dissertant Nailə Dünyamalıyevanın “Şirvan-Salyan iqtisadi rayonunda mülkiyyət formalarından asılı olaraq torpaqların aqrofiziki xassələrinin tədqiqi” mövzusunda elmi tədqiqat işləri təqdim olunub.

Hər iki müzakirə zamanı iddiaçılar tərəfindən aparılmış elmi tədqiqatların əsas nəticələri təqdim edilib, dissertasiya işlərinin aktuallığı, elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə iştirak edən alim və mütəxəssislər mövzular ətrafında geniş fikir mübadiləsi apararaq tədqiqatlarla bağlı rəy və təkliflərini səsləndiriblər.

Müzakirələr çərçivəsində iştirakçıların ünvanladıqları suallar iddiaçılar tərəfindən cavablandırılıb. Çıxış edənlər hər iki dissertasiya işi torpaqşünaslıq sahəsində aktual problemlərin araşdırılması və onların həllinə mühüm töhfə verəcəyini vurğulayıblar.

Sonda Sevda Mirzəyevanın “Kənd təsərrüfatında istifadə olunan torpaqların fiziki xassələrinə antropogen təsirin müqayisəli tədqiqi” və Nailə Dünyamalıyevanın “Şirvan-Salyan iqtisadi rayonunda mülkiyyət formalarından asılı olaraq torpaqların aqrofiziki xassələrinin tədqiqi” mövzusunda dissertasiya işlərinin növbəti mərhələyə təqdim olunması məqsədəuyğun hesab edilib.