
07 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda "Geosiyasət və iqtisadi coğrafiya" laboratoriyasının dissertantı Aidə Abbasovanın "Gəncə-Qazax iqtisadi rayonunda bitkiçiliyin yüksəklik qurşaqları üzrə tədqiqi" mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib.
Seminarda dissertant tərəfindən aparılmış elmi-tədqiqat işinin əsas istiqamətləri, əldə edilmiş nəticələr, tətbiq olunan metodoloji yanaşmalar, eləcə də dissertasiya işinin elmi və praktiki əhəmiyyəti barədə ətraflı təqdimat edilib.
Təqdimatdan sonra institutun alimləri tərəfindən mövzu ətrafında geniş müzakirələr aparılıb, dissertanta müxtəlif elmi suallar ünvanlanıb, tədqiqatın daha da təkmilləşdirilməsi istiqamətində dəyərli rəy və tövsiyələr səsləndirilib.
Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.