Coğrafiya İnstitutunun əməkdaşları Şamaxı–İsmayıllı bölgəsində ekocoğrafi tədqiqatlar aparıblar 2026-06-24 14:05:00 / MÜHÜM HADİSƏLƏR

Respublika Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları haqqında” Fərmanını və Ümumdünya Səhiyyə Təşkilatının “Azərbaycanda havanın çirklənməsinin ən ciddi ekoloji problemlərdən biri olması” xəbərdarlığını əsas tutaraq elmi-tədqiqat işləri aparmışlar.

Coğrafi ekologiya laboratoriyasının müdiri a.ü.f.d., dos. Ə.Əliyev, əməkdaşlar c.ü.f.d, dos. F.Xəlilov, a.ü.f.d. T.İslamzadə, mühəndis R.Hüseynov 18-22 iyun tarixlərində “Böyük Qafqazın cənub yamacının şərq hissəsi və ona bitişik ərazilərdə (Şamaxı-İsmayıllı rayonları üzrə)” hesabat növzusu ilə ələqədar olaraq ekspedisiyada olmuşlar.

Tədqiqatın əsas məqsədi regionda ekocoğrafi şəraitin öyrənilməsi, vibrasiya və səs-küylə çirklənmə, hava keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsi, həmçinin ekoloji risklərin xəritələşdirilməsi olmuşdur. Ekspedisiya zamanı ərazidə müşahidələr aparılmış, geoinformasiya texnologiyaları vasitəsilə məlumatlar toplanmış, torpaq və bitki nümunələri götürülmüşdür. Tədqiqat hal-hazırda kameral şəraitdə davam etdirilir.