AR ETN Coğrafiya İnstitutunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib 2026-06-18 15:51:00 / ELMİ İCLASLAR

18 iyun 2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutunda “Torpaqların genezisi və coğrafiyası” laboratoriyasının kiçik elmi işçisi, dissertant Nuranə Yüzbaşovanın “Kiçik Qafqazın şimal-şərq hissəsində müxtəlif baxarlı yamacların dağ boz-qəhvəyi torpaqların xassələrinə təsirinin tədqiqi və rəqəmsal xəritələşdirilməsi” mövzusunda hazırladığı dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

İddiaçı tərəfindən aparılmış elmi tədqiqatın məqsədi, metodologiyası və əldə olunmuş əsas nəticələr seminar iştirakçılarının diqqətinə çatdırılıb. Müzakirələr zamanı dissertasiya işinin aktuallığı, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.

Seminar iştirakçıları tərəfindən tədqiqat işinə dair rəy və təkliflər səsləndirilib, təqdim olunan nəticələr üzrə suallar verilib və iddiaçı tərəfindən ətraflı cavablandırılıb.