AR ETN Coğrafiya İnstitutu kollektivi Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət edib 2026-06-12 15:03:00 / MÜHÜM HADİSƏLƏR

İyunun 12-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ-nin kollektivi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib.

Ziyarət zamanı institutun əməkdaşları Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, onun xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Fəxri xiyabanda   Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlət quruculuğu və ölkənin hərtərəfli inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlər böyük minnətdarlıq hissi ilə anılıb.

Qeyd olunub ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın tərəqqisinin və dövlətçilik ənənələrinin əsasını təşkil edir, Milli Qurtuluş Günü isə xalqımızın taleyində mühüm dönüş nöqtəsi kimi tarixə düşüb.