Elmi seminarda yaşıl iqtisadiyyata dair məruzə dinlənilib 2025-12-23 16:22:00 / ELMİ İCLASLAR

AR ETN Coğrafiya İnstitutunun Elmi seminarında Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Nəriman Paşayev “Azərbaycanda yaşıl iqtisadiyyatın inkişaf perspektivləri”  mövzusunda məruzə ilə çıxış edib.

Çıxışçı məruzəsində “yaşıl iqtisadiyyat” termini, Azərbaycanda “Yaşıl iqtisadiyyat”a keçidin inkişaf mərhələləri, bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı, Günəş və külək elektrik stansiyaları, Respublikada fəaliyyət göstərən SES-lər  və s. haqqında geniş məlumat verib.

Şöbə müdiri bildirib ki, Azərbaycan Respublikasında “Yaşıl Yqtisadiyyat”ın inkişafı dövlətin sosial-iqtisadi siyasətinin strateji hədəflərindən biridir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi, sənaye parkları və aqroparkların ekoloji təmiz istehsal prinsipləri əsasında fəaliyyət göstərməsi, təkrar emal proseslərinin genişləndirilməsi ölkənin davamlı inkişafına xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq miqyasda ekoloji məsuliyyətli dövlət imicini möhkəmləndirir və gələcək onilliklərdə sosial rifahın, iqtisadi artımın və ekoloji tarazlığın təmin olunmasına zəmin yaradır.

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025