Coğrafiyaçı alimin Beynəlxalq tədbirdə çıxışı maraqla qarşılanıb 2025-12-08 11:20:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin müdiri Mirnuh İsmayılov 2-3 dekabr tarixlərində İran İslam Respublikasının Təbriz şəhərində keçirilən “Yaşıl şəhər üzrə birinci Beynəlxalq ətraf mühit konqresi”ndə iştirak edib.

 Konqresin işinin təşkilində Təbriz Dövlət Universiteti, Təbriz bələdiyyəsi və yerli iş adamları yüksək səviyyədə təşkilatçılıq bacarığı nümayiş etdiriblər. Konqresdə əsasən yaxın şərq ölkələrindən və yerli mütəxəsislərdən ibarət nümayəndələr iştirak edib.

   Alim  konqresdə “Landşaft ekoloji şəbəkənin (karkasın) yaradılması prinsipləri və onun dayanıqlı inkişafda rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə irəli sürülən elmi-metodiki yanaşmalar maraqla qarşılanıb. Bu tip tədqiqatların digər ölkə tədqiqatçıları ilə birlikdə həyata keçirilməsi üçün razılığa gəlinib. Konfransın yekununda bir sıra seçilmiş iştirakçılar, o cümlədən  məruzənin müəllifi fəaliyyətinə görə sertifikata layiq görülüb və konfransın simvolu olan mükafatla təltif edilib. 

  Tədbirin ikinci günü M.İsmayılov dahi Azərbaycan şairi Şəhriyarın ev muzeyini ziyarət edib və onun oğlu ilə görüşüb. 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025