Coğrafiya İnstitutunun Elmi şurasının iclasi keçirilib 2025-11-19 14:01:00 / ELMİ İCLASLAR

Baş direktor v.i.e. c.ü.f.d. dosent Zaur İmraninin sədrliyi ilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

Sədr gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdikdən sonra Geomorfologiya və təbii risklər şöbəsinin müdiri  c.e.d. Stara Tarixazər şöbənin 75 illiyi münasibətilə çapa hazırladığı “Coğrafiya elmində Azərbaycan geomorfoloqları” adlı kitab haqqında geniş məlumat verib, görkəmli geomorfoloq alimlərin elmi yaradıcılığına həsr edilmiş videoçarxı nümayiş etdirib. Aparıcı elmi işçi c.ü.f.d. Ceyhun Qasımov Geomorfologiya şöbəsinin fəaliyyəti barədə çıxış edib.

Sonra adı çəkilən şöbənin aparıcı elmi işçisi c.ü.f.d. Samirə Abuşova özünün  “Kiçik Qafqazın ekogeomorfoloji şəraitinin tədqiqi” kitabı barədə məlumatla çıxış edib.

Elmi şura hər iki kitabın çapa təqdim edilməsi barədə qərar qəbul edib.

İclasda həmçinin 6-11-ci siniflər üçün atlasa və  “Azərbaycan Respublikasında ekocoğrafi şəraitin təsiri ilə xəstəliklərin yayılmasının tədqiqi” kitabına rəyçilərin təyin olunması məsələsinə baxılıb, yeni elmi tədqiqat mövzuları müzakirə olunaraq təsdiq edilib.

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025