
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri c.ü.f.d. dosent Mirnuh İsmayılovun Azərbaycan qəzetində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji vəziyyətə dair geniş müsahibəsi dərc edilib.
Müsahibədə işğaldan azad edilən bölgələrdə yeraltı, yerüstü sərvətlərin talanması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunaya dəyən ziyan, meşə sahələrinin məhvi və s. nəticəsində bölgədə yaranan ekoloji vəziyyət, aparılan ekogeokimyəvi tədqiqatın nəticələri, Qarabağın landşaft ekoloji karkas şəbəkə xəritəsinin yaradılması, eləcə də bu bölgələrin ekologiyasının bərpası üçün vacib olan işlər və s. haqqında məlumatlar yer alıb.