
Şöbə müdiri coğrafiya elmlər doktoru Stara Tarixazərin rəhbərliyi ilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində sürüşmələrin monitorinqini aparıblar.
Mütəxəssislərin rəyinə görə bu ərazidə sürüşmələrə səbəb olan əsas amil yamacın əsasının kəsilməsi və yamacın yuxarı hissəsində su və tullantı sularının nizamsız axmasıdır. İkinci sürüşmə sahəsi Yeni Günəşli yaşayış massivinin cənub-şərqində, Zığ-Hövsan yolunun kənarında yerləşir. Sürüşmələrin səbəbi antropogen fəaliyyətdir, yəni məişət və kanalizasiya sularının axıdılmasıdır. Fərdi yaşayış binalarının divarlarında və hasarlarda çoxsaylı çatlar və çökmə hadisələri müəyyən edilmişdir.