Coğrafiyaçılar Şərqi Zəngəzurun turizm və rekreasiya ehtiyatlarını tədqiq ediblər 2025-09-16 13:16:00 / MÜHÜM HADİSƏLƏR

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin əməkdaşları 14-24 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonu ərazilərində ekspedisiyada olublar.

Ekspedisiyanın əsas məqsədi, Şərqi Zəngəzur iqtisadi rayonunun turizm və rekreasiya potensialının müəyyən edilməsidir. Tədqiqat zamanı regionun cəlbedici turizm obyektlərinə baxış keçirilib, onların turizm üçün əhəmiyyəti öyrənilib. Müalicəvi Qotursu bulağı, Bədəl bulağı, Oxçu çayı, Həkəri çayı, XVII–XVIII əsrlərə aid İmam Hüseyn məscidi, yeni arxeoloji qazıntı yeri olan qədim Hamam, Zəngilan Konqres Mərkəzi, Ağalı Hotel, “Dost Aqroparkı” və digər turizm obyektləri ilə yanaşı, tarixi yaşayış yerləri, dağıdılmış və xarabalığa çevrilmiş yaşayış məntəqələri araşdırılıb, onların dayanıqlı turizm təsərrüfatında rolu müəyyən edilib.

Tədqiqat prosesində əldə olunan materiallar əsasında təbii-turizm xəritəsinin hazırlanması nəzərdə tutulub. 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025