AR ETN akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin elmi işçisi Bəyimxanım Hüseynova 20.04.2025-17.07.2025 tarixində Almaniya Federativ Respublikasına ezam olunmuşdur. Mübadilə proqramı çərçivəsində Yustus Libix Universitetinin (Justus Liebig University Giessen) Coğrafiya Departamentində təhsil alan və tədqiqat işi aparan B.Hüseynova, dərslərdə, seminarlarda, elmi iclaslarda və ekskursiyalarda iştirak etmişdir. O, proqram çərçivəsində Giessen Coğrafiya Cəmiyyətinin (Gießener Geographische Gesellschaft) mühazirələrində, eləcə də departamentin “Global cənubun iqlim dəyişiklikliyi və inkişafı” (Kliwandel und Entwicklungen im Globalen Süden), “Resurs iqtisadiyyatı və Davamlı idarə” (Resource Economics and Sustainable Management), İqlim, iqlim dəyişikliyinin təsiri (Climate, impact of climate change) və digər seminarlarda iştirak etmişdir. Eyni zamanda, Almaniyanın bir çox regionunun əhatə edən ekskursiyalarda (“Die Kelten in Oberhessen” (Yuxarı Essen əyalətindəki Keltlər), “Organisationen der Entwicklungszusammenarbeit im Köln-Bonnen Raum” (Köln-Bonn bölgəsində inkişaf üzrə əməkdaşlıq təşkilatları), “Trans-Nationaler Geopark Bayern-Böhmen” (Transmilli Geopark Bavariya-Bohemiya)) iştirak etmiş və məlumatlar toplamışdır.
Bundan başqa, əməkdaşımız “The Geography of Transnational Geoparks and Adaptation to Climate Change in the Southern Caucasus” (Transmilli geoparkların coğrafiyası və Cənubi Qafqazda iqlim dəyişikliyinə uyğunlaşma) adlı konfransda “Towards a Transnational Geopark Candidacy of the Nakhchivan Autonomous Republic: Geotourism Potential and Strategic Outlook” (Naxçıvan Muxtar Respublikasının transmilli geopark namizədliyinə doğru: geoturizm potensialı və strateji baxış.) mövzusunda çıxış etmişdir.
Mübadilə proqramının sonunda əməkdaşımız 3 aylıq elmi-tədqiqat fəaliyyəti Coğrafiya Departamentinin heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.