Coğrafiyaçı alim demoqrafik qocalma prosesinə aydınlıq gətirib 2025-06-13 13:51:00 / MÜHÜM HADİSƏLƏR

AR ETN-nin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişinin qonağı olub.

Azərbaycan əhalisinin yaş strukturunda gedən dəyişikliklərə və demoqrafik qocalma prosesinə həsr olunmuş verilişdə R. Kərimov müzakirə olunan məsələlərə dair fikirlərini bildirib. Alim qeyd edib ki, demoqrafik yaşlaşma prosesi, yəni əhalinin strukturunda aşağı yaş qruplarını təmsil edən insanların payının azalması, ahıl yaşında olanların xüsusi çəkisinin azalması qlobal miqyasda müşahidə edilən bir prosesdir və ona müxtəlif iqtisadi, sosial-mədəni və demoqrafik proseslər təsir göstərir. Azərbaycan əhalisi arasında da belə bir tendensiya müşahidə edilir.

R.Kərimov vurğulayıb ki, ölkədə bir tərəfdən uzunömürlülüyün yüksəlməsi hesabına yaşlı əhalinin payının artması, digər tərəfdən də doğumun azalması ilə əlaqədar uşaqların və yeniyetmələrin payının aşağı düşməsi baş verir. Onun sözlərinə görə qeyd olunan proseslərin gələcəkdə sürətlənməsinin qarşısının alınması üçün doğulan körpələrə görə gənc ailələrə müavinətlərin verilməsi, həmçinin şəhər yerlərində gənc ailələrin güzəştli əsaslarla mənzil təminatının yaxşılaşdırılması zəruridir.