Coğrafiya İnstitutunun rəhbəri turizm mövzusunda Real TV-yə müsahibə verib 2025-06-10 12:54:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan 26 səs çoxluğu ilə BMT-nin 2025-2029-cu illər üzrə Turizm İcraiyyə Şurasına üzv seçilib. Bu münasibətlə AR ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  baş direktor vəzifəsini icra edən, coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani Real TV-yə müsahibə verib.

Z.İmrani Azərbaycanın turizm sahəsində qəbul etdiyi dövlət proqramları, gördüyü işlər və qazandığı nailiyyətlər, yay turizmi,  bu sahədə aparılan tədqiqatlar və tədbirlər, turizmin regionlarda inkişafı, turizmin növləri  və onların ölkəmizdə inkişafı haqqında  geniş məlumat verib. O, həmçinin bu günlərdə Laçın şəhərinin 2025-ci ilin MDB-nin mədəniyyət paytaxtı ilinə həsr olunması ilə əlaqədar  keçirilən tədbirdə elm adamlarının iştirakı, Azərbaycan turizminin Gürcüstan və Türkiyə turizmi ilə müqayisəsi, qiymət siyasəti, turizm məmnunluğu və s. kimi məsələləri də diqqətdən qaçırmayıb.