Coğrafiya İnstitutunun rəhbəri COP31-in Türkiyədə keçirilməsini dəstəkləyir 2025-06-02 12:29:00 / MÜHÜM HADİSƏLƏR

 2026-cı ildə keçiriləcək COP 31 sammitinə ev sahibliyi etmək uğrunda Türkiyə və Avstraliya mübarizə aparır.

Azərbaycan iqlim diplomatiyasında önəmli rol oynayan Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək, onun uğur qazanması üçün lazımi yardımı göstərməyə hazır olduğunu ifadə edib.

Bununla əlaqədar Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani “Cross  Media”ya verdiyi müsahibəsində bildirib ki, COP31-ə namizəd qismində Türkiyənin çıxış etməsi fikrini yüksək qiymətləndirir: “Müasir dövrümüzdə COP qlobal ətraf mühitlə bağlı müxtəlif istiqamətli tədbirləri mühüm və vacib hesab edilən tədbirlər planının qəbul olunması, reallaşdırılması ilə yanaşı, dövlətin siyasi, iqtisadi, sosial, eləcə də infrastruktur gücünün göstərilməsi üçün bir arenadır. Bu baxımdan, COP31-ə ev sahibliyi etmək istəyən Türkiyəni dəstəkləyir və onun yüksək səviyyədə ev sahibliyinə qadir olduğuna inanıram”.