Institut rəhbəri aparılan elmi tədqiqatlar barəsində AzərTACa müsahibə verib 2025-05-23 17:15:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani AZƏRTAC-a müsahibəsində elmi kadrların birgə fəaliyyəti nəticəsində Coğrafiya İnstitutunda aparılan kompleks tədqiqatlar barəsində geniş məlumat verib.

İnstitut rəhbəri  bildirib ki, tədqiqat istiqamətləri bir-birlərinə olduqca yaxın olan elmi tədqiqat müəssisələrinin birləşdirilməsi kompleks tədqiqatların həyata keçirilməsinə kömək göstərəcək. Optimallaşdırmanın ən böyük üstünlüyü isə yeni kadrların tədqiqat işlərinə cəlb edilməsi olacaq. Tədqiqatlar birxətli deyil, müxtəlif istiqamətli olacaq və bu da dövlət siyasətinə uyğun olaraq həyata keçiriləcək.

Z.İmrani coğrafiya elminin müasir inkişaf tendensiyaları və aparılan elmi tədqiqatların əhəmiyyətindən danışıb, Coğrafiya İnstitutunda son illər elmin müxtəlif istiqamətləri üzrə, xüsusən işğaldan azad edilmiş ərazilərimizlə bağlı aparılan tədqiqatlardan söhbət açıb. O həmçinin İnstitut əməkdaşlarının beynəlxalq qrant layihələrində iştirakı, əhəmiyyətli elmi jurnallarda məqalə, kitab və monoqrafiyalarının nəşri, atlas və xəritələrin hazırlanması haqqında da geniş məlumat verib.