Coğrafiya İnstitutunun əməkdaşları regional tədbirlərdə iştirak ediblər 2025-05-22 13:05:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, eləcə də ETN-nin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun 80 illik yubileyi ilə əlaqədar Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Cəlilabad və Lənkəran rayonlarına səfər ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən c.ü.f.d., dosent Zaur İmrani elmi və təhsil arasında inteqrasiyanın növləri, onların gələk perspektivləri, doktorantura təhsil səviyyəsinə gənclərin cəlb olunması və s. məsələlərə aydınlıq gətirib.

19 may 2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” adlı tədbirdə        a.e.d. Çingiz Gülalıyev “Cəlilabad rayonunun torpaq resursu və  ondan  istifadə imkanları”, c.ü.f.d., dosent Səidə Zeynalova “Cənub bölgəsinin regional planlaşdırılması kontekstində Cəlilabad və Lənkəran rayonlarının geoekoloji potensialı”, a.e.ü.f.d. dosent İsmayıl Quluyev “Qlobal səhralaşma fonunda Cəlilabad rayonunun torpaq örtüyünün müasir vəziyyəti və qiymətləndirilməsi”, c.ü.f.d., dosent Etibar Bədəlov Lənkəran-Astara iqtisadi rayonunda şəhər əhalisinin demoqrafik inkişaf xüsusiyyətləri”, c.ü.f.d. Natiq Babayev “Şərqi Zəngəzur oronimlərinin nominativ təsnifatı”, Cəlilabad filialının baş müəllim Ələsgər Mirzəzadə “Cəlilabad qədim abidələr yurdudur” adlı məruzələr ediblər.

20 may 2025-ci ildə Lənkəran Dövlət Universitetində “Regionlarda elm və təhsilin inteqrasiyası” adlı tədbirdə Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimovla görüş keçirilib, daha sonra Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elvin Əliyev tədbir iştirakçılarını salamlayaraq sözü çıxışçılara verib. Coğrafiya İnstitutunun əməkdaşları c.ü.f.d., dosent Müseyib Yunusov “Respublikamızda eim və təsilin inteqrasiya problemləri”, c.ü.f.d., dosent Solmaz Rzayeva “Lənkəran-Astara iqtisadi rayonunda tibbi-coğrafi baxımdan əhalinin sağlamlığına təsir edən amillərin tədqiqi”, c.ü.f.d. Nicat İmamverdiyev “Azərbaycanda yaşıl enerji transformasiyası: mövcud vəziyyət və inkişaf perspektivləri”, k.e.i. Nazim Gəraylı “Süni intellekt və GİS: Yeni inteqrasiya imkanları”, Lənkəran Dövlət Universitetində dosent Afaq Qasımova “Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının banisidir”, dosent Sənan Əzizov “Lənkəran-Astara iqtisadi rayonunda mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi, dosent Qorxmaz Ağayev “Lənkəran təbii vilayətində bərpa olunan enerji mənbələrindən istifadə imkanları və gələcək perspektivləri (geotermal mənbələr nümunəsində) adlı məruzələr ediblər.

Tədbirin sonunda qarşılıqlı müzakirələr aparılmış, regional elm və təhsil ilə bağlı suallar cavablandırılıb.