Qərbi Kaspi Universitetində Ümummillider Heydər Əliyevin 102-ci İldönümünə həsr olunmuş “Qlobal çağırışlar və perspektivlər” mövzusunda gənc tədqiqatçıların elmi konfransında AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru v.i.e. c.ü.f.d. dosent Zaur İmrani iştirak və çıxış edib.
Konfransın əsas məqsədi müasir dövrün qlobal problemləri – iqlim dəyişikliyi, texnoloji transformasiyalar, enerji təhlükəsizliyi, miqrasiya, süni intellektin inkişafı və sosial-iqtisadi bərabərsizlik kimi məsələlərin elmi müstəvidə müzakirəsi olub.
Tədbirdə çıxış edən Z.İmrani son illərdə Coğrafiya İnstitutunda bu sahədə aparılan tədqiqatlar və əməkdaşlıqlar barədə ətraflı məlumat verib, elmi nəşrlərin hazırlandığını diqqətə çatdırıb. Alim məruzəsində dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik, rəqəmsallaşma kimi məsələlərə xüsusi yer ayırıb.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub. Tədbir iştirakçıları belə forumların gənclərin intellektual inkişafı, tədqiqat mədəniyyətinin formalaşdırılması və qlobal səviyyəli düşüncə tərzinin təşviqində mühüm rol oynadığını qeyd ediblər.