İnstitutun «Qurunun hidrologiyası və su ehtiyatları» şöbəsinin əməkdaşları - müdir c.e.d., prof. Rza Mahmudov və c.ü.f.d., dos. Mövlud Teymurovun “Regional climate changes in Azerbaijan and assessment of impact on water resources with a new method” (Azərbaycanda regional iqlim dəyişmələri və su ehtiyatlarının yeni metodla qiymətləndirilməsi) məqaləsi Amerikanin Mayami Ştatında nəşr edilən Scopus indeksli “Reliability: Theory & Applications” (Special Issue № 6 (81), Part-2, Volume 19, December 2024) elektron jurnalında dərc edilib.
Məqalədə Azərbaycan ərazisində regional iqlim dəyişmələri, onun ayrı-ayrı regionlar və müxtəlif yüksəklik intervalları üzrə çoxillik dəyişmələri analiz edilib. Xüsusən orta çoxillik temperatur və yağıntı göstəricilərinin çoxillik normalara görə dəyişmələri real müşahidə məlumatlarına əsasən təhlil edilib. Eyni zamanda ölkədə mövcud su ehtiyatlarının yeni işlənilmiş kompleks su balans metoduna (KSBM) görə qiymətləndirilməsi yerinə yetirilib. Bu metod QİS texnologiyası, peyk məlumatlarından istifadə etməklə müşahidə aparılmayan ərazilərdə axımı formalaşdıran amillərin nəzərə alınmasına əsaslanır.