AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının iclası keçirilib.
İclasın sədri, İnstitutun baş direktoru vəzifəsini icra edən c.ü.f.d., dosent Zaur İmrani gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib. İclasda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədrinin seçilməsi, akkreditasiyaya dair sənədlərə baxılması, Elmi Şuranın tərkibi, Demoqrafiya və əhali coğrafiyası şöbəsinə müdir vəzifəsini icra edən şəxsin təyin edilməsi, əməkdaşların ezamiyyəsi, ekspedisiyası və digər məsələlər müzakirəyə çıxarılıb.
Aparılan müzakirələrdən sonra Şuranın qərarı ilə Geoinformatika və kartoqrafiya şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı GAMŞ-nin sədri təyin edilib. Aparıcı elmi işçi c.e.d. Sevil Quliyeva, baş elmi işçi c.e.d. Starə Tarixazər, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nazim Gəraylı və baş menecer Həmdulla Əliyev İnstitutun Elmi Şura üzvlərinin siyahısına daxil edilib. Şura üzvləri Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Etibar Bədəlovu həmin şöbəyə müdir vəzifəsini icra edən təsdiq ediblər.