İftixar Əyyubovun dissertasiya işi müzakirə olunub 2025-02-28 14:10:00 / ELMİ İCLASLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.14 qeydiyyat nömrəli Birdəfəlik Dissertasiya Şurasının Elmi seminarında ETSN-in keçmiş Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun doktorantı İftixar Adil oğlu Əyyubovun  5406.01- Hidrologiya  ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  “Oğuz-Qəbələ zonasında səth və yeraltı suların qarşılıqlı təsirinin tədqiqi” mövzusunda dissertasiya işi müzakirə olunub.

İ.A.Əyyubov  seminar üzvlərinin müsbət səsi nəticəsində yekdilliklə uğurla  növbəti mərhələyə buraxılıb.