Mina Bağırova dissertasiya işini müdafiə edib 2025-02-17 13:24:00 / ELMİ İCLASLAR

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.14 Birdəfəlik dissertasiya şurasının iclasında Mina Bağırova 540301 - "İnsan coğrafiyası" ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Lənkəran təbii vilayətində demoqrafik  inkişafın tənzimlənməsinin iqtisadi-coğrafi aspektləri” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.

Gizli səsvermə yolu ilə M.Bağırovanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması  barədə qərar qəbul edilib.