Bu gün AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi görkəmli coğrafiyaşünas alim akademik Ramiz Məmmədovun xatirəsini anmaq üçün Fəxri Xiyabana gedərək məzarını ziyarət ediblər.
Mərhumun həmkarları, vaxtılə rəhbərlik etdiyi İnstitutun əməkdaşları çıxış edərək akademik haqqında ürək sözlərini bildiriblər, xatirələrini bölüşüblər.
Alimin qızı, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi c.ü.f.d. Natavan Cəfərova atasının xatirəsini əziz tutaraq onu həmişə yad etdiklərinə görə həmkarlarına ailəsi adından minnətdarığını bildirib.
Tədbir iştirakçıları Akademik Ramiz Məmmədovun məzarı önünə tər çiçəklər qoyaraq ruhuna dualar ediblər.