Coğrafiyaçı alimin məqaləsi AMEA-nın nüfuzlu “Məruzələr” jurnalında dərc edilib 2025-01-30 15:18:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Məruzələr” jurnalında  (1-2 2024) AR ETN-nin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya elmləri doktoru, professor Əmir Əliyevin AMEA Rəyasət Heyətinin iclasında “Müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər və nəticələr” mövzusunda etdiyi məruzəsinin mətni dərc edilib.

Məqalədə Xəzər dənizinin son zamanlarda səviyyəsinin dəyişmələri, onların səbəbləri və bu prosesin Azərbaycan Respublikası dəniz sahili ərazilərə təsirləri araşdırılır.