Coğrafiyaçı alimlər Xəzərin tərəddüdü barədə beynəlxalq konfransın iştirakçıları olublar 2024-11-28 16:43:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdirləri, coğrafiya elmləri doktorları, professor Əmir Əliyev və Səid Səfərov COP29 çərçivəsində keçirilən “Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi” adlı beynəlxalq konfransın iştirakçısıları olub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 çərçivəsində baş tutan forumda Xəzəryanı ölkələri təmsil edən vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış beynəlxalq ekspertlər iştirak ediblər.

S.Səfərov “Xəzəryanı ölkələrdə vətəndaş cəmiyyətinin regional əməkdaşlığı: texnologiya və innovasiyalar” mövzusunda aparılan panel iclasının moderatoru olub.

Ə.Əliyev panel iclasında Xəzər dənizinin səviyyəsinin son illərdə azalması və Azərbaycanın sahil zonalarında  bu prosesin yaratdığı neqativ hadisələr haqqında məruzə ilə çıxış edib.